Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” adlı yeni bir layihə




Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə MAGİYA ictimai birliyi Lənkəranda “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır (məlumat üçün Pres-reliz əlavə olunur – Pres-relizin ictimailəşdirilməsində bizə dəstək olacaq hər kəsə öncədən öz dərin minnətdarlığımızı bildiririk).
 
Layihə çərçivəsində təşkil olunacaq 3 günlük (05-07 yanvar 2024-cü il) konfransda iştirak etmək istəyən 18-29 yaş arası gənclər müvafiq elektron ərizə forması üzrə qeydiyyatdan keçməlidirlər:
 
https://docs.google.com/forms/d/e/1FAIpQLSexZPWehkMDbFIemY4rpY7PbkD5NvXxLg85jQzrFBU5kUeq0A/viewform
 
Qeydiyyat üçün son tarix: 20 dekabr 2023-cü il, saat 24.00
 
Nəticələr 30 dekabr 2023-cü il tarixində açıqlanacaqdır.
 
3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, 25 nəfər iştirakçının çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.
 
İctimai birliyin oxşar layihələrində iştirak edən gənclərin təkrar müraciət etmələri tövsiyə olunmur!!!
 
Hörmətlə / Regards, 
**************************** 
"Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası 
"Education" Public Support Association of Youth of Azerbaijan 

AZ 4200, Lənkəran şəhəri / Lankaran City

Telefon / telephone: (+994 25 25) 5 37 42 

Elektron poçt / E-mail: [email protected] 
İnternet səhifəsi / Web page: www.epsaya.az